Amerikalı milyarder İlon Mask özünün “X” mikrobloqunda Almaniyanı qeyri-qanuni miqrantları İtaliyaya daşıdığına görə tənqid edib.
Elchi.az bu barədə Reuters.com-a istinadən bildirir.
Bununla əlaqədar o, tvit dərc edib və orada qeyd olunub ki, hazırda Aralıq dənizində qeyri-qanuni miqrantları İtaliyaya enmək üçün toplayan 8 Alman QHT gəmisi var.
“Həmin QHT-lər Almaniya hökuməti tərəfindən subsidiyalanır”, – deyə KİV-də qeyd olunub.
Mask alman ictimaiyyətinin bu barədə məlumatlı olub-olmadığını soruşub: “Bəli. Və buna həyatların xilası deyilir”, – deyə o, Almaniya XİN-in mikrobloqunda cavablandırıb.
“Bu, o deməkdir ki, siz bununla həqiqətən fəxr edirsiniz. Bu maraqlıdır. Açığı, alman ictimaiyyətinin əksəriyyətinin bunu dəstəklədiyinə şübhə edirəm. Sorğuda iştirak etmisiniz?
Əlbəttə, Almaniyanın çoxlu sayda qeyri-qanuni miqrantı İtaliya ərazisinə daşıması İtaliyanın suverenliyinin pozulmasıdır”, – deyə Mask bildirib.
Yeganə




