Elon Musk beyin implantı startapı Neuralink-in tədqiqat sınaqları zamanı meymunları öldürməsi ilə bağlı xəbərləri təkzib edib, bunun əvəzinə sınaqların yalnız “ölümcül xəstə” primatlar üzərində aparıldığını iddia edib.
Elchi.az xəbər verir ki, Neuralink keçən il beyin-kompüter interfeysi texnologiyasının sınaqları zamanı 8 heyvanı evtanaziya etdiyini etiraf etsə də, Məsuliyyətli Həkimlər Komitəsinin (PCRM) meymunlara “həddən artıq ağrı” verməsi ilə bağlı ittihamlarını rədd edib.
Heyvanların hüquqlarını müdafiə edən qrup Neuralink-i Kaliforniya Universiteti Davis Primat Mərkəzindəki şirkətin laboratoriyasında “heyvanların rifahı haqqında qanunun 9 dəfə pozulduğunu” iddia edərək “qeyri-adekvat heyvan baxımı”nda ittiham edib.
Şayəstə Hüseynova




