Amerikalı milyarder və sahibkar İlon Mask 234 milyard dollar sərvəti ilə dünyanın beş yüz ən zəngin adamı siyahısına başçılıq edir.
Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.
Açıqlanan statistikaya görə, Maskın sərvəti 2023-cü ilin birinci yarısında 96,6 milyard dollar artıb. Reytinqdə ikinci yerdə sərvəti 200 milyard dollar dəyərində qiymətləndirilən Fransanın lüks mallar şirkəti LVMH (LVMH Moet Hennessy – Louis Vuitton) sahibi Bernard Arnault qərarlaşıb.
Dünyanın ən varlı 500 adamı birlikdə ilin birinci yarısında sərvətlərini 852 milyard dollar artırıblar. Sərvət artımı ilə siyahıya Mask, “Meta”-nın qurucusu Mark Zukerberq (58,9 milyard dollar artım) və “Amazon”-un qurucusu Ceff Bezos (47,4 milyard dollar) başçılıq edir.
Yeganə





