Amerikalı iş adamı İlon Mask özünün “X” sosial şəbəkəsində Fələstinin İslamçı HƏMAS hərəkatı rəhbərliyinin Qəzza zolağına səfər dəvətinə cavab verib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“İndi bir az təhlükəli görünür, amma inanıram ki, Qəzzanın uzunmüddətli rifahı bütün tərəflərə fayda verəcək”, – deyə iş adamı yazıb.
Bundan əvvəl HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan Musku İsrail tərəfindən həyata keçirilən qətliamın miqyasını görmək üçün Qəzza zolağına səfərə dəvət etmişdi.
Bundan əvvəl İsrailin “Haaretz” qəzetinin ingiliscə versiyasının baş redaktoru Ester Solomon bildirib ki, İsrail hakimiyyəti “Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Maskı persona non qrata elan etməlidir. o, sahibkarın yəhudi dövlətinə səfərini pisləyib və onu “açıq antisemit” adlandırıb.
Havar Şəfiyeva






