ABŞ ixtiraçısı və milyarder, “Tesla” şirkətinin baş direktoru İlon Mask bazar ertəsi Hindistanın baş nazir Narendra Modi ilə görüşəcəyi və Cənubi Asiya bazarına çıxacağını elan edəcəyi Hindistana planlaşdırılan səfərini təxirə salıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Maskın səfəri niyə təxirə saldığını hələ bilinmir. Mask və Modinin ofisinin nümayəndələri səbəb barədə cavab verməyiblər.
Xatırladaq ki, aprelin 10-da Hindistana səyahət planları barədə məlumat verdikdən sonra İlon Mask “X” mikrobloqunda yazmışdı:
“Hindistanda baş nazir Narendra Modi ilə görüşməyi səbirsizliklə gözləyirəm.”
Yeganə






