Amerikalı iş adamı İlon Mask Türkiyədə baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün lazım olarsa, Starlink terminallarını göndərməyə hazır olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, o, bu barədə “Twitter”də yazıb.
Sosial şəbəkə istifadəçilərindən birinin xilasedicilərə kömək üçün terminallar göndərməyin mümkün olub-olmaması ilə bağlı sualını cavablandıran Mask bildirib ki, “Starlink” hələlik Türkiyə hakimiyyət orqanlarından icazə almayıb.
“ “SpaceX” icazə alınan kimi terminalları göndərməyə hazıram”, – o yazıb.
Yeganə




