"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Maskalı qarətçilərin əməllərinin təfərrüatları

06 Sentyabr 2014 - 13:40
in HADİSƏ
1Bakıda mənzili qarət edən şəxslər tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 4-ü saat 03 radələrində Nail Rzayevin Gəncə prospektindəki mənzilinə Emin kimi tanıdığı və üzlərində maska olan iki naməlum şəxs daxil olub onun əl-ayağını yapışqanlı lentlə bağlayaraq, pul və zinət əşyaları tələb ediblər.
Onlar mənzildə axtarış apararaq ev yiyəsinə məxsus bir ədəd qızıl üzüyü və iki ədəd mobil telefonu götürərək gediblər.
Xətai RPİ 35-ci PB-nin keçirdiyi əməliyyat tədbirə nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Amid Qasımov, Umud Cəfərov və qardaşı Mirağa tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə cinayətin təfərrüatları barədə məlumat daxil olub. Məlumata görə, Xətai rayon sakini Nail Rzayev 2014-cü il sentyabrın 4-də 3 nəfər maskalı şəxsin onun evinə quldur basqını etməsi barədə polisə ərizə verib. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən şəxslər – Bakı şəhər sakinləri, 28 yaşlı Amid Qasımov, 26 yaşlı Ümid Cəfərov və 19 yaşlı Mirağa Cəfərov isti izlərlə yaxalanıblar. İstintaqla müəyyən edilib ki, Amid Qasımovla Ümid Cəfərov quldurluğun planını əvvəlcədən hazırlayıblar. Onlar Nail Rzayevin evində külli miqdarda pul və qızıl zinət əşyalarının olduğunu ehtimal edərək onu soymaq qərarına gəliblər.
Saxlanılan şəxslər əvvəlcədən mağazadan yapışqan lent, əlcək və oyuncaq tapança alıblar.Saxlanılan şəxslər Nail Rzayevin yaşadığı evin qarşısına gəliblər. Ümid Cəfərov ev sahibini tanıdığından aldatma yolu ilə içəri daxil olub. Bir qədər sonra isə plana əsasən çöldə gözləyən Amid Qasımovla Mirağa Cəfərov başlarına maska keçirərək evə basqın ediblər. Onlar Nail Rzayevi vuraraq yerə yıxıb, sonra ayaqlarını yapışqan lentlə bağlayıblar. Saxlanılan şəxslər ev sahibini öldürəcəkləri ilə hədələyib pul və qızıl, eləcə də maaş kartını, kartın kodunu tələb ediblər. Lakin evdən heç nə tapa bilməyiblər.
Öldürüləcəyindən qorxan ev sahibi ertəsi gün maskalı şəxslərə 1000 manat pul verəcəyini vəd edib. Saxlanılan şəxslər Nail Rzayevə məxsus 2 ədəd telefonu və 1 ədəd qızıl üzüyü də götürərək evdən çıxıblar. Ertəsi gün Nail Rzayevdən 1000 manat pulu almaq istəyərkən polis əməkdaşları tərəfindən cinayət başındaca yaxalanıblar.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Neftçi”nin yeni vitse-prezidenti optimistdir

Next Post

Asim Mollazadə: “Bu qarşıdurma dünyanın məhvi ilə nəticələnə bilər”

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

Asim Mollazadə: “Bu qarşıdurma dünyanın məhvi ilə nəticələnə bilər”

Aİ-dən Rusiyaya qarşı növbəti sanksiyaların təcili tətbiqi barədə qərar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.