Ötən gün “Starşip” raketi təxminən 38 km yüksəklikdə partlayıb.
Elchi.az xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, gəmi mühərrikdə nasazlıqlar və hündürlüyün itirilməsi səbəbindən qəsdən məhv edilib.
Elə həmin gün Maskın digər şirkəti, elektrikli avtomobil istehsalçısı “Tesla” mənfəətinin 24% azaldığını elan edib. Buna səbəb şirkətin səhmlərinin 9,75% ucuzlaşmasıdır.
“Blumberq” isə Maskın sərvətinin bir sutkada 12,6 milyard dollar (7%) azalaraq, dünyanın ən böyük gündəlik itkisi olduğunu bildirib. Hazırda iş adamının sərvəti 164 milyard dollar qiymətləndirilir.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...





