"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər…

11 İyul 2020 - 13:05
in MANŞET, SİYASƏT MANŞET

Qüdrət Həsənquluyev: “Tarixdə prezidentinə və dövlətinə xəyanət etmiş qiyamçı qara polkovnik kimi qalan Sürət isə Rüstəm İbrahimbəyovdan 20 il əvvəl istifadə olunub və kənara atılıb”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinə açıqlamasında son vaxtlar, xüsusilə də Sürət Hüseynovun fəallaşmasından sonra guya Rusiyanın Azərbaycanda hansısa qüvvələri fəallaşdırdığı,Vilayət Eyvazovun çevriliş edəcəyi barədə yayılan şaiyələrin səbəbləri barədə danışıb.
Bu kimi şaiyələri yayanların əsasən ermənilər və onların xarici ölkələrdəki havadarları olduğunu deyən BAXCP sədri qeyd edib ki, onlar Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirəcəyindən qorxurlar və bunun qarşısını almaq üçün cəmiyyətdə çaşqınlıq yaradıb başımızı özümüzə qatmaq istəyirlər: “Bu informasiya müharibəsidir. Təəssüf ki, daxildə bu işdə onlara bilərəkdən və ya bilməyərəkdən kömək edən hakimiyyətə susamış, arzularına çatmaq üçün hər cür xəyanətə və şeytanla əməkdaşlığa belə hazır olan, nifrətin kor edib sağlam düşüncədən məhrum etdiyi insanlar da var. Onlar düşünürlər ki, bu üsulla ölkədə siyasi böhran yaradıb arzularına çata bilərlər. Gözəl anlayırlar ki, onların bu istəklərinin qarşısında ən böyük maneələrdən biri Vilayət Eyvazovdur və ona görə də mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər ki, bu yolla ona qarşı etimadsızlıq yaradıb yolları üzərindən götürə bilərlər”.
Qüdrət Həsənquliyev Azərbaycanın 1993-cü ildəki kimi 2 yaşlı, ilk müstəqil addımlarını atan kövrək bir dövlət deyil, 29 yaşlı gənc bir dövlət olduğunu xatırladıb: “Bu dövlətin başında isə böyük idarəetmə təcrübəsi olan Prezident dayanır. Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti institutları artıq oturuşub və onlar ölkəni istənilən xəyanətdən qorumaq gücündədir. Ölkədə təhlükəsizliyə, ictimai asayişin qorunmasına, qanunun aliliyinin təmin edilməsinə cavabdeh olan dövlət orqanları hər hansı təxribatların qarşısını istənilən şəraitdə və şərtlər altında qətiyyətlə almaq gücündədirlər. Bundan başqa 1993-cü il dövlət çevrilişinin acılarını yaşamış xalqımız belə fikrə düşənləri heç zaman əhv etməz. Bunu Azərbaycanda marağı olan dövlətlər də yaxşı başa düşürlər. Rusiyadakı bəzi dairələr 2013-cü ilin Prezident seçkiləri zamanı ziyalı cildində ən “nüfuzlu” əlaltılarından olan Rüstəm İbrahimbəyovdan və onun yaratdığı “Milli Şura”dan Azərbaycana təzyiq məqsədilə siyasi təxribatlar törətmək üçün istifadə etmək fikrinə düşdü, amma çox tezliklə anladılar ki, heç nə alınan deyil və dövlətlərinin marağını təmin etməyin ən yaxşı yolu Azərbaycanın rəsmi hakimiyyəti ilə qarşılıqlı hörmətə söykənən əməkdaşlıqdır. Bundan sonra artıq istifadə olunmuş Rüstəm İbrahimbəyov və onun kimi bəziləri kənara tullanıldı.
Tarixdə prezidentinə və dövlətinə xəyanət etmiş qiyamçı qara polkovnik kimi qalan Sürət isə Rüstəm İbrahimbəyovdan 20 il əvvəl istifadə olunub və kənara atılıb. Ona görə də narahat olmamalı, amma ayıq-sayıq olmalıyıq. Dövlətimizin əbədi olması üçün tariximizi yaxşı öyrənməli, ondan dərs götürməliyik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sərt karantin rejimini olan ərazilərin sayı artırıla bilər — RƏSMİ

Next Post

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini atəşə tutdu

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini atəşə tutdu

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini atəşə tutdu

Türkiyə XİN: Erməni təcavüzü cavabsız qalmayacaq

Türkiyə XİN: Erməni təcavüzü cavabsız qalmayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.