"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mayda hava niyə soyuq keçir? – Açıqlama

16 May 2023 - 13:21
in SOSİAL

Yaz ayları – mart, aprel, may havanın dəyişkənliyi daha çox müşahidə olunan aylardır. Həmin aylarda tez-tez yağışlar, hətta qar, dolu hadisələri, intensiv küləklər müşahidə edilir. Bu da ölkə ərazisinə müxtəlif istiqamətlərdən, şimaldan – Avropadan, şərqdən, Xəzər dənizi üzərindən hava kütlələrinin, atmosfer cəbhələrinin daxil olması nəticəsində və yerli oroqrafiya ilə qarşılıqlı əlaqə nəticəsində atmosfer proseslərini daha da mürəkkəbləşdirməsi, kəskinləşdirməsi nəticəsində baş verir. Bu cür hadisələr hər zaman müşahidə olunub. Ayrı-ayrı günlərdə temperaturun ya kəskin enməsi, ya da kəskin yüksəlməsi və müvafiq atmosfer hadisələri qeydə alınıb.
Elchi.az xəbər verir ki, bunu  Azərtac-a müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəis vəzifəsini icra edən Rafiq Verdiyev deyib.
“Ancaq qeyd etmək lazımdır ki, son dövrlərdə iqlim dəyişmələri həm müntəzəm olaraq tədricən dəyişən proseslərlə eyni zamanda, təhlükəli hadisələrin özlərinin amplitudunun və başvermə tezliyinin daha da artması ilə müşahidə edilir. Göründüyü kimi son illərdə tez-tez, sürəti saniyədə 25-30 metrə çatan, hətta ondan çox olan küləklərin əsməsi, dənizdə dalğalanma hadisələrinin başvermə tezliyinin artması, güclü dolu hadisələri, doluların ölçülərinin böyük olması, intensiv yağışlar, çaylarda sel hadisələrinin daha tez-tez baş verməsi qeydə alınır. Odur ki, mayda müşahidə olunan hava şəraiti həm iqlim dəyişmələri, həm də mart-may aylarının dəyişkən xüsusiyyəti ilə əlaqəlidir. Sadəcə olaraq iqlim dəyişmələri fonunda həmin proses daha da sürətlənib, kəskinləşib. Aprel ayında da dolu hadisələrini, ayrı-ayrı günlərdə temperaturun norma ilə müqayisədə 7-8 dərəcə yuxarı və ya aşağı olmasını müşahidə etdik. Mayın ilk yarısında da ayrı-ayrı günlərdə eyni vəziyyətlər qeydə alınıb. Gələcəkdə də belə proseslərin müşahidə olunması istisna deyil. Burada iqlim dəyişmələrinin təsirini xüsusi qeyd etmək lazımdır. İqlim dəyişmələrinin təsiri nəticəsində temperaturun artması, yağıntının azalması son illərdə su ehtiyatlarımızı da 15-20 faizə qədər azaldıb. Ancaq son iki-üç ildə havaların çox quraq keçməsi ilə əlaqədar olaraq su ehtiyatlarımız bəzi çaylarda hətta 30 faiz azalıb. Hazırda quraqlığa meyillilik artıb və ayrı-ayrı quraq illəri müşahidə edirik. Bu, həmçinin ölkəyə daxil olan çayların sululuğunun azalmasında və yerli çayların sululuğunda özünü büruzə verir”, – deyə R.Verdiyev qeyd edib.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsrail hərbçiləri 4 fələstinlini yaralayıb, 13-ü həbs edib

Next Post

“Azercell”in prezidenti: Mobil operatorların mühüm rolu…

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
“Azercell”in prezidenti: Mobil operatorların mühüm rolu…

"Azercell"in prezidenti: Mobil operatorların mühüm rolu...

Gentilloni: “Avropa İttifaqı tənəzzüldən qaça bilib”

Gentilloni: "Avropa İttifaqı tənəzzüldən qaça bilib"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.