"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MB-nin maliyyə hesabatı ilə bağlı şok faktlar

08 İyul 2023 - 16:14
in İQTİSADİYYAT

İqtisadçı-ekspert Rövşən Ağayev Azərbaycan Mərkəzi Bankının açıqladığı 2022-ci il üçün maliyyə hesabatı ilə bağlı maraqlı məqamları qeyd edib.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Elchi.az xəbər verir ki, ekspert ötən il Mərkəzi Bankın aktivlərində ciddi artım olduğunu bildirib.

“Bankın aktivlərində ciddi artım olub – 18 faizə yaxın və ya 4.4 milyard manat. Aktivlərin genişlənməsində cəlb edilmiş vəsaitlərin payı həlledici olub – borc qiymətli kağızlarının buraxılışı hesabına əvvəlki illə müqayisədə 1.2 milyard manat əlavə vəsait, rezident bankların qısamüddətli depozitləri hesabına 2 milyard manata yaxın vəsait cəlbi olub. 2 milyard manatdan artıq emissiya həyata keçirilib.

Aktivlərin 70 faizdən çoxu (22 milyard manat) borc qiymətli kağızlarına yatırılıb və bu, əvvəlki ildəkindən 5 milyard manat çoxdur.

Beynəlxalq maliyyə standartları baxımından yanaşdıqda, Mərkəzi Bankın qiymətli kağızlarının az hissəsi – təxminin 1,4 milyard manatı ticarət məqsədli və qısa müddət ərzində bazar dəyərinin dəyişməsindən mənfəət əldə etmək məqsədli alətlər (məsələn, səhmlər) olub. Daha böyük hissəsi (11,1 milyard manat) son müddətə qədər əldə tutulan, daha çox sabit gəlirli alətlərdir (istiqrazlar, notlar). Bütövlükdə xarici bazarlarda borc qiymətli kağızlarına yatırılan 12,5 milyard manata yaxın vəsaitin 10,1 milyard manatı müxtəlif notlara (5,6 milyard manatı xarici dövlətlərin xəzinədarlıq notları) yatırılıb. Notlar daha qısamüddətli (1 ilədək) olan borc kağızlarıdır.

AMB-nin borc qiymətli kağız portfelinin təxminən 9,4 milyard manatı Beynəlxalq Bankın salındığı bataqlıqdan çıxarılması üçün “Aqrarkredit”in vasitəçiliyilə buraxılan (illik 0,15 faizlə 30 illiyə) borc kağızlarına yatırımdır.

Maraqlıdır ki, son 3 ildə hökumət bu portfelin azaldılması istiqamətində addım atmır. Borclanmanın baş verdiyi son 7 ildə isə əsas borcun hətta 10faizindən az hissəsi geri dönüb.

Mərkəzi Bankın qeyri-rezident banklarda yerləşdirdiyi nağd pul vəsaitlərinin həcmi 2 milyard manata yaxın artaraq təxminən 5.4 milyard manat olub.

Törəmə maliyyə alətləri (svop, fyuçers, forvard) üzrə əməliyyat dövriyyəsi kiçik olub və əvvəlki ilə nisbətən 2 dəfədən çox azalıb.

AMB-nin aktivlərinin 30 faizə yaxını (11,6 milyard manat) ölkə daxilinə, 70 faizi xaricə (o cümlədən, 11.4 milyard manat Şimali Amerika, 3.8 milyard manatı Avropa) bağlıdır.

Hesabatda aktivlərin strukturu və coğrafiyası ilə bağlı əvvəlki illərə nisbətən daha geniş məlumatlar açıqlansa da, valyuta ehtiyatlarının idarə edilməsinə dair ayrıca rüblük hesabatlar da ola bilər. Ən azından bu sahədə Neft Fondunun hesabatlılıq təcrübəsi istifadə edilə bilər”, – iqtisadçı qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qarabağ” iki əcnəbi futbolçu ilə danışıqlar aparır

Next Post

Azərbaycan erməni icması ilə dialoqa hazırdır…

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Azərbaycan erməni icması ilə dialoqa hazırdır…

Azərbaycan erməni icması ilə dialoqa hazırdır...

42 azərbaycanlı hərbçi Türkiyədə diplom aldı – FOTO

42 azərbaycanlı hərbçi Türkiyədə diplom aldı - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.