"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

12 Noyabr 2018 - 14:26
in DÜNYA

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair noyabrın 7-də MDR televiziyasında efirə verilməli olan “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” adlı sənədli filmin nümayişi Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq təxirə salınıb.

“Report” xəbər verir ki, 30 dəqiqəlik sənədli filmin nümayişi üçün nəzərdə tutulan efir vaxtında mövzuya dair, təxminən, 7 dəqiqəlik reportaj yayımlanıb.

Həmin reportajda Almaniyada erməni mafiyasının fəaliyyəti və bununla əlaqədar hüquq-mühafizə orqanlarının araşdırmaları ilə bağlı məlumat verilib, məsələyə dair MDR televiziyasının və “Der Spiegel” jurnalının birgə jurnalist araşdırması apardığı diqqətə çatdırılıb və həmin araşdırmanın həmmüəlliflərindən biri, MDR televiziyasının müxbiri Aksel Hemmerlinqlə müsahibə təqdim olunub.

Qeyd edilib ki, Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə ərazisinə səpələnib. Erməni cinayətkar qruplaşmalarına “avtoritarlar” rəhbərlik edir, onlar da öz növbəsində “qanuni oğrular”a tabe olurlar. Avropol və İnterpol təşkilatlarına istinadən, erməni “qanuni oğrular”ın sayının 670-900 arasında olduğunun ehtimal edildiyi və onların əksəriyyətinin Almaniyadan kənarda yaşadıqları diqqətə çatdırılıb. Bildirilib ki, Almaniyada və Avropada mövcud olan erməni mafiyasının İtaliya mafiyası ilə işgüzar əlaqələrinə dair dəlillər mövcuddur. Məlumatda, eyni zamanda, Almaniyanın hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün texniki imkanlarının və qanunvericilik bazasının zəif olduğu qeyd edilib.

Reportajda daha sonra erməni mafiyası haqqında hazırlanmış sənədli filmin efirə getməsinin efir saatından bir neçə saat əvvəl məhkəmə qərarı ilə müvəqqəti təxirə salındığı diqqətə çatdırılıb və qeyd edilib ki, Ermənistan səfiri jurnalistlərin araşdırmasında öz əksini tapan məlumatların təkzib olunmasını tələb edib, bu, MDR tərəfindən təmin edilmədikdən sonra isə məhkəmə qarşısında iddia qaldırıb. İddianın araşdırılması və MDR-in məsələyə hüquqi cavab verməsi üçün vaxtın məhdud olması səbəbindən məhkəmə reportajın efirə getməsinin müvəqqəti olaraq dayandırılmasına dair qərar verib. Reportajda qeyd olunub ki, sözügedən sənədli film hüquqi məsələlərə aydınlıq gətirildikdən sonra efirə gedəcək.

Almaniyada mətbuat azadlığı üçün maneə ola biləcək iddialar,- hətta AFR hökuməti ilə bağlı olan məsələlərə dair,- bir qayda olaraq məhkəmə tərəfindən təmin edilmir. Bu baxımdan çoxları Ermənistan səfirinin qaldırdığı iddianın da tezliklə MDR televiziyasının xeyrinə həll ediləcəyi və sənədli filmin yaxın zamanlarda efirə veriləcəyi qənaətindədirlər.

Bundan əlavə, Ermənistan səfirinin hüquqi addımlara əl atması ictimaiyyətin diqqətini bir qədər də bu məsələyə yönəldib və Almaniyanın bütün aparıcı KİV-ləri bu mövzunu xüsusilə mətbuat azadlığı üçün jurnalist həmrəyliyi kontekstində nəzarətə götürüblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran vətəndaşı Azərbaycana narkotik vasitə keçirmək istəyərkən saxlanılıb

Next Post

Bakı sakini binanın girişində güllələndi

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Bakı sakini binanın girişində güllələndi

Bakı sakini binanın girişində güllələndi

Neft bahalaşmağa başlayıb

Neft bahalaşmağa başlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.