"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Media kimə AXCP sədri deyəcək – Əli Kərimliyə, yoxsa…

18 Noyabr 2015 - 11:03
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Media kimə AXCP sədri deyəcək - Əli Kərimliyə, yoxsa...

KİV rəhbərləri məsələdə problem görmürlər…

 
AXCP-də tarix, deyəsən, yenidən təkrarlanır. Partiya yenidən Razi Nurullayevin və Əli Kərimlinin rəhbərliyi ilə iki yerə parçalanıb və hər iki tərəf özünü AXCP-nin hüquqi varisi elan edib. Artıq bununla bağlı sənədlər də Ədliyyə Nazirliyinə təqdim olunub. Əli Kərimlinin təqdim etdiyi sənədlər nazirlikdən geri qaytarılıb,  Razi Nurullayevin təqdim etdiyi sənədlərin isə qəbul edilib-edilməyəcəyinə baxılmaqdadır. Bununla belə, heç bir tərəf AXCP adından imtina etmir və adın əvvəlinə hər hansı əlavə etmək fikrində deyil. 
Xatırladaq ki, oxşar durum  2000-ci ildə partiyanın qurucusu Əbülfəz Elçibəyin vəfatından sonra yaranmışdı. Bu zaman media iki yerə parçalanan partiyanın Əli Kərimlinin rəhbərliyində olan qanadına “islahatçılar”, Mirmahmud Mirəlioğlunun rəhbərliyində olan qanadına isə “klassiklər” adını vermişdi. Sonradan Mirmahmud Mirəlioğlunun partiyasının adını Klassik Xalq Cəbhəsi Partiyası elan etməsi ilə konflikt həllini tapdı.
 
Bəs indiki halda hər iki tərəf AXCP adında israr etsə, media və YAP onları necə təqdim edəcək? 
 
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, AXCP-nin tarixində artıq belə bir təcrübə olub:“Hesab edirəm ki, indi də təbii prosesin nəticəsində media tərəfindən də qəbul olunan daha uğurlu bir ad seçəcəklər. Mən indi ekspromt bir ad təklif  edə bilmərəm. Ancaq hesab edirəm ki, bu bizim jurnalistlərin yazısında avtomatik üzə çıxacaq. Burada hər hansı qondarma ada ehtiyac yoxdur. Proses dərinləşdikcə, media özü onlara ad verəcək”.
“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı isə bildirdi ki, bu məsələdə Ədliyyə Nazirliyinin verəcəyi qərara uyğun davranacaqlar: “Biz media orqanı olaraq Azərbaycanın ictimai-siyasi həyatında baş verən  hər bir hadisəni işıqlandırırıq. Bu məsələdə də eyni qaydada davranacağıq. İstər Razi Nurullayevin partiyasında baş verənlər, istərsə də Əli Kərimli və onun ətrafında baş verən olaylarla bağlı məlumatları işıqlandıracağıq. Onların arasında olan konfliktə gəlincə, burada bir media orqanı nə edə bilərsə, biz də onu edəcəyik, qalan məsələlərə qarışmırıq. AXCP ətrafında dəfələrlə belə situasiya yaranıb və təbii olaraq zamanla onlar adla bağlı razılaşıblar. İndi də Ədliyyə Naziliyinə müraciət olunub. Qanun hansı partiyanın xeyrinə qərar verəcəksə, biz də buna uyğun hərəkət edəcəyik”.
Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu da vurğuladı ki, rəhbərlik etdiyi media orqanı bu məsələdə dövlət qurumlarının qərarlarına və dövlətin qanunlarının tələblərinə əsaslanacaq: “Bu tipli məsələlərdə subyektiv yanaşmaq doğru deyil”.
 
Yeni Azərbaycan Partiyasından olan deputat Məlahət İbrahimli isə adının nə olmasından asılı olmayaraq, konstruktiv niyyətli olan bütün siyasi partiyalarla əməkdaşlıq etməyə hazır olduqlarını bildirdu: “Biz hər zaman dialoqa açıq olmuşuq. Burada şəxsin kim olması önəmli deyil. Əsas odur ki, əməkdaşlıqda etibarlı və konstruktiv olsun. Partiyanın adının nə olması onların öz işidir. Bizim üçün önəmli olan partiyanın adı yox, missiyası, əməkdaşlıq üçün atacağı addımlardır. Onların arasındakı konfliktlər bizi maraqlandırmır. Yeni Azərbaycan Partiyası niyyəti səmimi olan hər bir partiya ilə əməkdaşlığa hazırdır”.
 
 
Razi Nurullayev isə açıqlamasında bir daha AXCP adına iddialı olduğunu vurğuladı, qarşı tərəfi partiyasının adını dəyişməyə çağırdı: “Təbii ki, biz iddia edirik və düşünürük ki, əsl AXCP, Əbülfəz Elçibəyin ideyalarına uyğun olan AXCP-ni təmsil edirik. Biz istərdik ki, media bizi əsl AXCP kimi təqdim etsin. Çünki artıq Ədliyyə Nazirliyi Əli Kərimlinin sənədlərini geri qaytarıb. Bu məsələ məhkəmə çəkişməsi mövzusudur. Məsələ məhkəməyə çıxsa belə, biz qalib gələcəyik. Mediada adla bağlı anlaşılmazlıq yaranacağı ehtimalı bizi narahat etmir. Biz bunu gözə alaraq yol çıxmışıq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əli Məsimlinin ailəsində ağır itki

Next Post

Dünya gündəmi dəyişir: ABŞ, Rusiya və Fransa qlobal ittifaq yaradır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Dünya gündəmi dəyişir: ABŞ, Rusiya və Fransa qlobal ittifaq yaradır

Azərbaycan Rusiya təyyarəsini öz hava məkanına buraxmadı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.