Yeni il – dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da
insanların məişətinə daxil olub.
Aktual.az olaraq, media rəhbərləri ilə “2014-ci ilin ən yadda qalan hadisəsi hansı oldu” mövzusunda sorğu apardıq.
Sorğunun cavablarını oxuculara təqdim edirik:
“Gündəlik Teleqraf “ MMC rəhbəri Aynur CamalAktual.az-a açıqlamasında bunları dedi:
“Mənim üçün çox uğurlu il oldu. Ən yadda qalan hadisə isə ordu ilə mediya arasında yaranan körpü idi. Bir də cənab prizdentin əfv sərəncamı. Bu sərəncamı ölkədə ilin hadisəsi hesab etmək olar. Həmin əfv sərəncamında həmkarlarımızın adlarıda var”.

Lent.az-ın rəhbəri Qabil Abbasoğlu bizimlə söhbətində bunları dedi:
“Yadda qalan hadisələr çox oldu. Amma ən yadda qalan hadisə “Qarabağ” futbol komandasının qələbələri oldu. Hər zaman qələbə onlarla olsun”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid üçün ən yadda qalan hadisə baba olmasıdır.

Musavat.com saytının redaktoru Xalid Kazımlı isə sorğumuza belə cavab verdi:
“Ən yadda qalan hadisə “Qarabağ” futbol komandasının qələbəsi idi”.

“Xalq qəzeti”nin məsul katibi İlqar Rüstəmov 2014-ci ilin bütövlükdə onun üçün uğurlu olduğunu qeyd etdi:
“Ən yadda qalan hadisə isə o idi ki, mətbuat günündə baba oldum”.

Elchi.az saytının redaktoru İbrahim Rüstəmli:
“Bu il mənim üçün yadda qalan hadisələr çox oldu. Əsas yadda qalan iki hadisəni demək istəyirəm: Birinci hadisə odur ki, İlkin Muradov Erməni hərbi vertolyotunu vurdu, ikinci hadisə isə cənab prezdentin əfv sərəncamıdır”.
Aktual.az kollektivi bütün həmkarlarını təbrik edir, onlara yaradıcılıq uğurları arzulayır.
Tural Balabəyli/Aktual.az




