Riqanın mərkəzindəki Kronvalda parkında yerləşən rus şairi Aleksandr Puşkinin abidəsi sökülərək anbara təhvil verilib, mətbuat yazır.
Elchi.az News.am-a istinadən xəbər verir ki, abidənin Latviya Rəssamlar İttifaqına veriləcəyi güman edilir.
Abidənin sökülməsi planları barədə məlumat aprelin sonunda yayılıb. O zaman söküntü üçün mayın 4-nün təklif edildiyi və bu tarixin Latviyanın Müstəqilliyinin Bərpa Günü kimi qeyd olunduğu iddia edilmişdi.
Yeganə





