"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MEDİA “Sərhədsiz Reportyorlar”a Kəlbəcərdə şəhid olan jurnalistlərlə bağlı məktub göndərib

29 Noyabr 2021 - 14:03
in MÖVQE

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

MEDİA-dan Elchi.az-a verilən məlumata görə, adıçəkilən təşkilatın rəsmi veb-saytında (https://rsf.org/en/azerbaijan) iki nəfər jurnalistin Azərbaycanda qətlə yetirilməsi barədə məlumat yerləşdirilib, lakin hadisənin hansı səbəbdən baş verməsi və əsl mahiyyəti açıqlanmayıb.

Məktubda bu halın qeyri-obyektiv nəticələrin meydana çıxmasına zəmin yaratdığı vurğulanaraq bildirilib: “Qeyd edilən məlumat təhrif olunub və qərəzli şəkildə Azərbaycanın əleyhinə istifadə edilir. Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə hazırkı vəziyyəti işıqlandıran azərbaycanlı jurnalistlərin həlak olmasının məsuliyyətini Azərbaycanın üzərinə qoymaq cəhdi yolverilməzdir və əsassız yanaşmaların formalaşmasına zəmin yaratmaqdan başqa bir şey deyil.”

Məktubda o da vurğulanıb ki, 2021-ci ilin iyun ayının 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olmuşlar. Onlara olan dərin ehtiram və minnətdarlığın ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Qeyd olunub ki, 2021-ci ilin iyun ayının 9-da Medianın İnkişafı Agentliyi tərəfindən baş vermiş hadisəyə dair “Sərhədsiz Reportyorlara” bəyanat ünvanlanıb. Göndərilən bəyanatda insident barədə ətraflı məlumat verilib və hadisənin dəqiq və qərəzsiz işıqlandırılmasında beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyinə müraciət edilib.

Məktubda bildirilib: “Biz bir daha sizə müraciət edərək, iki nəfər jurnalistin müharibənin bitməsindən 7 ay sonra Ermənistanın törətdiyi müharibə cinayətinin qurbanı olduqlarını və erməni hərbiçilərinin yerləşdirdikləri minaya düşərək həyatlarını itirdiklərini bildirir və bu faktı nəzərə almağınızda israr edirik.”

Məktubda, həmçinin xəbər və məruzələrin hazırlanması zamanı Medianın İnkişafı Agentliyi də daxil olmaqla, çoxsaylı mənbələrdən istifadə edilməsinin onların dəqiqliyi, obyektivliyi və etibarlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığı və ixtilafa yol açan halların aradan qaldırılmasında müstəsna rol oynayacağı diqqətə çatdırılmışdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mişanın məhkəməsi: toqquşma başladı, həbs edilənlər var

Next Post

Dünyanın ən yaxşı pleymeykerləri açıqlanıb – SİYAHI

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Dünyanın ən yaxşı pleymeykerləri açıqlanıb – SİYAHI

Dünyanın ən yaxşı pleymeykerləri açıqlanıb - SİYAHI

FİFA klublararası dünya çempionatının vaxtını açıqlayıb

FİFA klublararası dünya çempionatının vaxtını açıqlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.