"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Mediada standartlar aşağı olanda…”

21 Fevral 2024 - 23:51
in Cebhe-banner, MANŞET

Qüdrət Həsənquliyev: “…Çoxlu sayda şoumenlər, tamadalar, hazırlıqsız, qərəzli, aşağı insani keyfiyyətlərə malik insanlar ictimai-siyasi həyata doluşa bilir”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

“Heç olmasa intellekt səviyyəsi yüksək olanlar məişət hadisələrinin müzakirəsinə çox aludə olmamalıdır”

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:

– Qüdrət bəy, son günlər sosial şəbəkələrdə, mediada ən çox müzakirə olunan məsələ sosial şəbəkələrdə yayılmış məktəbli qızların davranışıdır. Sizin bu məsələyə münasibətiniz necədir?

– Təəsssüf ki, bu kimi məsələlərə dünyanın ən inkişaf etmiş ölkələrində də rast gəlinir. Tam səmimiyyətlə deyirəm ki, istənilən hadisəyə aşırı reaksiya əks effekt verir. Bir müddət “qanuni oğrulardan” o qədər yazıldı, danışıldı ki, gənclərin bir qismi “oğru” olmaq istəyirdi. Hüquq-mühafizə orqanları, təhsilə cavabdeh şəxslər bu işlə daha çox məşğul olmalıdır, bu sahəni bilən-bilməyən hər kəs ekspert kimi danışır, məsləhət verir. Media ciddi məslələri müzakirəyə çıxarmadıqca bu kimi məsələlər dartışılacaq, gündəmi zəbt edəcək, çünki ekspertlərə də, jurnalistlərə də mövzu lazımdır. Saytlar hər gün ən azı 20 yeni məlumat verməlidirlər. Hardan o qədər ciddi informasiya tapsınlar? Tələbləri yerinə yetirməsələr isə dövlət dəstəyindən məhrum olacaqlar. Reklam bazarı da yoxdur. Yaxşı olar ki, tələblər ciddi mövuzularla bağlı qoyulsun. Media siyasi baxımdan yetkin, ali insani dəyərlərə, qanunlara sadiq xalq formalaşdırmağa kömək etməlidir. Mediada standartlar aşağı olanda çoxlu sayda şoumenlər, tamadalar, hazırlıqsız, qərəzli, aşağı insani keyfiyyətlərə malik insanlar ictimai-siyasi həyata doluşa bilir, yaxud doldurulur. Bu kimi mövzular isə onlar üçün göydəndüşmədir.

– Ciddi mövzular dedikdə nələri nəzərdə tutursunuz?

– Dövlət quruculuğu ilə bağlı məsələlər, yerli islahatlar, iqtisadiyyatın inkişafı problemləri, məhkəmə islahatları, bələdiyyələrin statusu və indiki statusla onlara ehtiyacın olub-olmaması, dövlətin idarə olunması xərcləri, sosial problemlər və onların həlli yolları, boşanmaların sayının artması, xarici siyasət, ölkənin təhlükəsizliyi, ittifaqlarda iştirak məsələsi, türk dövlətləri ilə inteqrasiya, qonşularla əməkdaşlıq məsələləri, elmin, təhsilin, səhiyyənin problemləri, kənd təsərrüfatının, sənayenin inkişaf perspektivləri, dövlət-din münasibətləri, mülki cəmiyyət quruculuğu, dövlət müəssiələrinin niyə özəlləşdirilməməsi, iqtisadiyyata hökumətin nəzarəti məsələsi və s. Biz daha çox hadisələri doğuran səbəblər haqqında danışmalıyıq. Özünü pis aparan qızlardan daha çox, repititorluğu niyə aradan qaldıra bilmirik və digər bu kimi barədə müzakirələr açmalıyıq. Mədəniyyətin inkişaf etdirilməsi barədə düşünməliyik. Müzakirə açmalıyıq ki, niyə sərhəd bölgələrində yaşayan vətəndaşlarımız müalicə və alış-veriş üçün qonşu ölkələrə üz tutur, yaxud mənəvi və ailə dəyərlərini zədələyən verilişlərin efirdən çıxarılmasına niyə nail ola bilmirik, onların yayımlanmasında xarici dairələrin maliyyə dəstəyi dayanırmı və s.

Əhalini yavaş-yavaş bu kimi ciddi məsələlərin müzakirəsinə qulaq asmağa və zamanla müzakirələrə qoşulmağa alışdırmaq lazımdır. Bu, dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. Yalnız siyasi baxımdan yetkin, peşə baxımından hazırlıqlı insanlar ölkənin təhlükəsizliyini təmin edə, onu inkişaf etdirə, müstəqilliyini dönməz edə bilər. Bizdə 100 illər ərzində dövlətçilik ənənələri formalaşmadığından dövlət institutları arzuladığımız səviyyədə inkişaf etməyib. Əhalinin sosial inkişaf indeksi yüksək olmadığından ölkəmizin təhlükəsizliyi, müstəqilliyi, sabitlik daha çox Prezidentin xarizması üzərində qurulub. Bu vəziyyət ölkənin gələcəyini düşünən hər kəsi narahat etməlidir. Heç olmasa intellekt səviyyəsi yüksək olanlar məişət hadisələrinin müzakirəsinə çox aludə olmamalıdır. Ciddi məsələlər müzakirə olunsa, bu kimi hadisələrin sayı da minimuma enəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Aybəniz Haşımovanın qardaşı həbs edildi

Next Post

Medvedev Şimal Hərbi Dairəsinin tapşırıqlarının nə vaxt tamamlanacağını söylədi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Rusiya: NATO ilə 3-cü Dünya Müharibəsinə çevrilə biləcək birbaşa münaqişə təhlükəsi var

Medvedev Şimal Hərbi Dairəsinin tapşırıqlarının nə vaxt tamamlanacağını söylədi

Braziliya İsrail səfirini ölkədən çıxarmağı düşünür

Braziliya İsrail səfirini ölkədən çıxarmağı düşünür

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.