Arif Əliyev: “Bu, medianı acıqlı edə bilər, lakin onun nəzarətdən çıxmasına səbəb ola bilməz”
Son günlər manatın devalvasiyası bütün sahələrdə olduğu kimi, media sahəsində də vəziyyətin ağırlaşmasına, bəzi televiziya və qəzetlərdə işçilərin ixtisarına, maaşların azalmasına səbəb olub. Maraqlıdır, dövlət və hakimiyyət təmsilçiləri tərəfindən mediaya ayrılan vəsaitin azalması hakimiyyətin nəzarəti altında olan medianın bu nəzarətdən xilas olması, müstəqilləşməsi ilə nəticələnə bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev bu ehtimalın inandırıcı hesab etmədiyini vurğuladı:
“Hesab etmirəm ki, mediaya ayrılan vəsaitin azalması onun hakimiyyətin nəzarətindən çıxmsı ilə nəticələnsin. Bunu mümkün hesab etmirəm. Çünki mediaya ayrılan vəsaitin azalması deyil, artması medianın müstəqilliyini artıra bilər ki, bu da hakimiyyət tərəfindən yaxşı dərk olunur. Ona görə də hakimiyyət təmsilçiləri hətta bialavasitə özlərinin idarə etdiyi media orqanlarına belə yalnız bəlli bir ölçüdə maliyyə ayırır. Hakimiyyət ehtiyat edir ki, pul vəsaitin çoxluğu nəzarətlərindəki media orqanlarının onlara “təpik atması” ilə nəticələnə bilər. Buna görə də hesba edirəm ki, mediaya daxil olan vəsaitlərin azalması median daha acıqlı edə bilər. Lakin onun hakimiyyətin nəzarəti altından çıxması mümkünsüzdür”.




