Medvedev Makrona cavab olaraq bildirib ki, Rusiya deyil, NATO geosiyasi məğlubiyyətə uğrayıb.
Qlobal münaqişədə Rusiya deyil, müstəsnalıq iddiaları ilə çıxış edən NATO ölkələrinin siyasəti itirdi. Elchi.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makronun Rusiyanın geosiyasi məğlubiyyəti ilə bağlı bəyanatına cavab olaraq, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Twitter səhifəsində bildirib.
Makron daha əvvəl demişdi ki, Rusiya Ukrayna münaqişəsində artıq geosiyasi məğlubiyyətə uğrayıb. Onun sözlərinə görə, bunu Moskvanın Çindən asılılığı, həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması göstərir.
Şayəstə Hüseynova




