“Parlaq Avropa keçmişinə qayıtmaq olmayacaq”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev qaçaq həyat tərzi sürənlərə yad ölkədə tənha həyatla barışmağı tövsiyə edib.
Siyasətçi Teleqram kanalında yazıb:
“Xainlər tənhadırlar və onlar heç kimə lazım deyil. Qoy yaşasınlar, itirilmiş keçmiş şöhrətlərini kədərlə xatırlasınlar”.
Medvedev əlavə edib ki, fevralın 24-dən sonra Rusiya tamam başqa dövlətə çevrilib və Qərbin sıx qucağından qurtulan Moskva öz müstəqil siyasətini həyata keçirməyə başlayıb.
Yeganə






