Qərblə dünyanın qalan hissəsi arasında qarşıdurma onilliklərlə davam edə bilər.
Elchi.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta ”da dərc olunan məqaləsində xəbərdarlıq edib.
“Dünyanın müxtəlif yerlərində gələcəyin dərk edilməsində formalaşan tektonik qırılma daha da pisləşəcək. Anlamaq üçün uzaqgörən olmaq lazım deyil: qarşıdurma mərhələsi çox uzun olacaq”, – deyə siyasətçi proqnozlaşdırıb.
O, üçüncü dünya müharibəsini hazırkı qarşıdurmanı həll etməyin yollarından biri adlandırıb və bunun nəticəsində heç kimin qalib gəlməyəcəyini vurğulayıb. Medvedev bu münaqişədə nüvə silahından istifadənin mümkünlüyünə işarə edərək, nüvə qışının başlaması, epidemiyalar və aclıq da daxil olmaqla mümkün nəticələri sadalayıb.
Nuranə Məmmədova





