Rusiyanın baş naziri Dmitri Medvedevin İrəvana rəsmi səfəri əvvəlcədən planlaşdırıldığı kimi aprelin 7-də baş tutacaq.
TASS-a istinadən xəbər verir ki, Ermənistan səfərindən sonra Medvedev aprelin 8-də Azərbaycana gələcək.
Baş nazirin mətbuat katibi Natalya Timakova bildirib ki, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin baş nazirlərinin görüşü İrəvanda deyil, Moskvada keçiriləcək.




