"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Medvedyevin gözlənilən İrəvan səfərinin pərdəarxası

21 Avqust 2014 - 15:02
in SİYASƏT MANŞET

Sanksiyalardan boğulan Rusiyanın baş naziri Ermənistanı iqtisadi kollapsdan qurtarmağa gedir, 413626_27218yoxsa iqtidardakı Qarabağ klanını xilas eləməyə?..

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Rusiya baş naziri Dmitri Medvedev sentyabrın 8-9-da Ermənistana səfərə gedəcəyi bəlli olub. Ermənistanda nəşr edilən “Jamanak” qəzetinin yazdığına görə, səfər zamanı əsasən iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Aydındır ki, istənilən ölkənin baş naziri hansısa başqa ölkəyə etdiyi ziyarəti çərçivəsində yerli hökumətlə ən əvvəl iqtisadi-maliyyə məsələləri ətrafında danışıqlar aparır.
Ancaq konkret halda özəllik ondan ibarətdir ki, bu, getdikcə Qərbin daha güclü iqtisadi sanksiyaları ilə üzləşən bir dövlətin – Rusiyanın baş nazirinin Güney Qafqazda Kremlin əsas forpostu olan Ermənistana səfəridir. Yəni ona sıradan hadisə kimi baxmağa gərək qalmır.
Elə erməni nəşri də onu vurğulayır ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Ermənistanda iqtisadi kollapsa səbəb ola biləcəyindən “böyük qardaş” vəziyyətdən çıxış üçün köməyini əsirgəməməlidir. Çünki Ermənistan qədər postsovet məkanında Rusiyanın iqtisadi asılılığında olan ikinci ölkə yoxdur. “Əgər Rusiya Ermənistana maliyyə dəstəyi verməsə, Ermənistanda iqtisadi kollaps yaranacaq. Medvedevin İrəvana səfəri zamanı öncə bu yöndə müzakirələrin aparılacağı gözlənilir. Təbii ki, səfər zamanı Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması da diqqət mərkəzində olacaq”, – deyə qəzet qeyd edib.
İşğalçı ölkənin durumu isə həqiqətən ağırdır və bunu oradakı əcnəbi diplomatlar da etiraf edir. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern bir neçə gün öncə İrəvanda jurnalistlərlə görüşündə Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq elədiyi iqtisadi-maliyyə sanksiyaları və onların Ermənistana mümkün təsirləri ilə bağlı suala cavab olaraq demişdi ki, Amerika tərəfi sanksiyalarla bağlı Ermənistan rəhbərliyi ilə çoxsaylı məsləhətləşmələr aparıb və İrəvanı dəfələrlə xəbərdar edib: “Sanksiyalar Rusiyaya qarşı yönəlib, Ermənistana yox. Ancaq onlar Ermənistan iqtisadiyyatı üçün də neqativ nəticələr doğura bilər. Əgər bu, İrəvana xoş deyilsə, şikayəti Moskvaya eləsin”.
Bir sıra erməni şərhçilər isə Medvedevin Ermənistan paytaxtına gözlənilən səfərini çox böyük təhlükə kimi təqdim edilir. Məsələn, təhlilçi Naira Ayrumanyan məqaləsində baş nazirin gəlişini İrəvana növbəti rus ekspansiyası kimi dəyərləndirib (anspress).
O, dediklərini Medvedevin İrəvana daha əvvəlki səfərlərini yada salmaqla sübut etməyə çalışıb. Sitat: “2008-ci ilin oktyabrında prezident kimi gələn Dmitri Medvedev bildirmişdi ki, Gürcüstanla müharibə Bakı və İrəvan üçün ciddi dərs oldu. Bu, Rusiya üçün İrəvanda meydan açdı. 2010-cu ilin avqustunda etdiyi səfərdə Medvedev Rusiya bazasının Ermənistanda qalma müddətini artırdı. Həmçinin İrəvanı elə bir sazişə qol çəkməyə vadar etdi ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı kimi qəbul edildi”.
Ayrumanyan düşünür ki, Dmitri Medvedevin Ermənistana gəlişi ölkədə rus hücumuna qarşı gizli müqavimət başlaması ilə bağlıdır: “Xüsusilə də 2013-cü ilin dekabr ayında Putinin etdiyi səfərdən sonra ölkədə Rusiya hücumuna qarşı gizli müqavimət başlayıb”.
Təbii ki, bu müqavimət Rusiyanın son günlərdə üzləşdiyi çətinliklərlə bağlıdır, ermənilər neftin qiymətinin getdikcə düşməsi nəticəsində Rusiya iqtisadiyyatının böhrana girəcəyini ehtimal edirlər. Buna görə etirazçı kəsim ölkə başındakı Rusiya yönümlü “Qarabağ klanı”ndan yaxa qurtarmaq, Qərb yönümlü yeni bir siyasətçini hakimiyyətə gəlməsində maraqlıdır. “Təbii ki, bu planlardan Moskva da xəbərdardır və Medvedevin gəlişi məhz bu ”gizli müqaviməti” yerində boğmaqdır. Erməni suverenliyini boğmaq üzrə mütəxəssis olan Medvedev bu dəfə yəqin ki, daha radikal davranacaq və Ermənistanın müstəqilliyini birdəfəlik tarixə qovuşduracaq. Erməni cəmiyyəti bu şoka hazır olmalıdır”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rayonda əhali mitinq keçirdi

Next Post

Bakıda mağazada atəş açdılar

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Bakıda mağazada atəş açdılar

Timoşenko Berlində, qara “Limuzin”də

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.