"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mehriban Əliyeva: “Azərbaycana gələn turistlərin sayı ilbəil artır”

15 Sentyabr 2017 - 16:47
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 15-də Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.

Elchi.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Horinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onların sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasında iştirakını məmnunluqla qeyd edib.

Bu il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva iki ölkə arasında inkişaf edən münasibətlərin dostluğa, qarşılıqlı maraqlara əsaslandığını və bir çox sahələri əhatə etdiyini bildirib. Diqqətə çatdırıb ki, bu illər ərzində neft sahəsində əməkdaşlıq üzrə yaxşı təcrübə toplanıb və qeyri-neft sektorunda da əməkdaşlıq üçün böyük potensial var.

Yaponiyanın innovasiyalar və texnologiyaların inkişafı sahəsində dünya lideri olduğunu vurğulan Mehriban Əliyeva deyib ki, bu və digər sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur: “Müxtəlif xalqların bir-birini daha yaxından tanıması üçün Azərbaycan humanitar sahənin inkişafına önəm verir və bu baxımdan təhsil sahəsində əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. Alimlərimizin, müəllimlərimizin birgə layihələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq”.

Münasibətlərin möhkəmləndirilməsi üçün daha bir vacib sahənin turizm sahəsi olduğunu deyən Birinci vitse-prezident hazırda bu sahənin ölkəmizdə prioritet olduğunu, Azərbaycana gələn turistlərin sayının ilbəil artdığını məmnunluqla vurğulayıb. Bildirib ki, sadələşdirilmiş viza rejimi bu sahənin inkişafına təkan verir. Yaponiya xalqının səyahət etməyi sevən xalq olduğunu qeyd edən Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, daha çox Yaponiya vətəndaşı səfər etmək üçün Azərbaycanı seçəcək. Birinci vitse-prezident ölkəmizdə Yaponiya ilə qurulan dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini və münasibətlərin gələcək inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatı münasibətilə Mehriban Əliyevaya təbriklərini çatdırıb. İki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Yaponiya və Azərbaycanın uğurlu əməkdaşlıq etdiklərini vurğulayan qonaq ölkəsinin Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Manabu Hori Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunan sazişin imzalanması mərasimində iştirakından məmnunluğunu bildirdi və mərasimin uğurlu keçdiyini qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azercell-in 4G sürəti indi Gəncədə!

Next Post

“Barcelona” nəhayət Arda Turan barədə son qərarını verdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

"Barcelona" nəhayət Arda Turan barədə son qərarını verdi

London metrosundakı partlayışda xəsarət alan azərbaycanlı yoxdur -Nazirliyin AÇIQLAMASI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.