"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mehriban Əliyeva Fransa parlamentinin nümayəndə heyəti ilə görüşüb

02 Noyabr 2017 - 16:27
in SİYASƏT, SİYASƏT MANŞET

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Elchi.az-ın APA-ya istinadən məlumatına görə, M. Əliyeva Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin deputatı olduğu zaman Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik etdiyini deyən M. Əliyeva qrupun fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirib. “İnanıram ki, gələcək fəaliyyət nəticəsində əlaqələrimizdə olan potensialdan daha yaxşı istifadə ediləcək” deyən Azərbaycanın I vitse-prezidenti qeyd edib ki, bu, əlaqələrimizin daha da möhkəmlənməsinə səbəb olacaq.

Bu il Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayan M. Əliyeva ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb. Birinci vitse-prezident bildirib ki, Azərbaycan Fransa ilə münasibətlərdə bütün sahələrə önəm verir. M. Əliyeva ölkələrimizin prioritetləri sırasında humanitar sahəni xüsusi vurğulayaraq son illər bu sahədə böyük uğurların əldə edildiyini bildirib. Təhsil sahəsindəki əməkdaşlığa toxunan Azərbaycanın I vitse-prezidenti bu istiqamətdə ölkələrimiz arasında reallaşdırılan iri layihələrdən danışıb. Qeyd edib ki, ölkəmizdə Fransız liseyi, Fransız-Azərbaycan Universiteti fəaliyyət göstərir və bu, həm Azərbaycanın təhsil sisteminin, həm də ikitərəfli əlaqələrin inkişafına xidmət edir.

Son illər Fransanın və Azərbaycanın müxtəlif şəhərləri arasında yaxşı əməkdaşlığın qurulduğunu, şəhərlərin qardaşlaşması haqqında sazişlərin imzalandığını xatırladan M. Əliyeva bu istiqamətdə ilk addımların mədəniyyət sahəsində atıldığını, həyata keçirilən layihələrin Fransanın regionlarında ölkəmizi tanıtmaq məqsədi daşıdığını bildirib. Azərbaycanın I vitse-prezidenti bu sahədə atılan addımların iqtisadi əlaqələrə də müsbət təsir göstərdiyini yaxşı hal kimi dəyərləndirib. M. Əliyeva bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu qeyd edib və eyni zamanda, potensialın da böyük olduğunu vurğulayıb. Ümidvar olduğunu bildirib ki, bu potensialdan istifadə edilərək ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətləri daha da möhkəmlənəcək. Pyer Alen Rafanın ölkəmizə ilk səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirən M. Əliyeva ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan bu vəzifədə fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün səylə çalışacağını bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rafiq Hüseynovun nəşi Azərbaycana yola salındı

Next Post

Birinci vitse-prezident görüş keçirdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Birinci vitse-prezident görüş keçirdi

Bakıdan İndoneziyanın paytaxtına aviareys açıla bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.