"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Mehriban düşmənlər” barışır

03 Aprel 2016 - 20:22
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Türkiyə və Rusiyanın maraqlarının Suriyada toqquşması münasibətlərin pisləşməsinə gətirib çıxardı. Rusiyaya məxsus SU-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra münasibətlər daha da kəskinləşdi. Münasibətlərin bu dərəcədə pozulması bölgədə bir çox problemlərə səbəb oldu.

ABŞ-da keçirilən “Nüvə sammiti”ndə iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN kanalına müsahibəsində Rusiyaya barış çağırışı etdi. Qeyd edək ki, bir neçə ay öncə Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Türkiyə ilə Rusiya arasındakı böhran müvəqqətidir” fikrinə münasibət bildirərkən, bunun daimi bir qarşıdurma olmadığını vurğulamış, “bu böhranın müvəqqəti olduğuna biz də inanırıq, tarixi və coğrafi baxımdan Türkiyə və Rusiyanın yaxşı münasibətlər qurmağa məcbur olduğunu başa düşürük” demişdi. Bu gün Türkiyə ilə Rusiyanın barışması nə dərəcədə mümkündür?

“Cümhuriyət”ə açıqlamasında politoloq Fikrət Sadıqov bildirib ki, bu münaqişənin daimi olması mümkün deyil:

“Gec-tez hər iki dövlət münasibətlərini bərpa edəcəklər. Çünki bu iki ölkənin maraqlarına cavab verən bir addım olmalıdır. Hələ ki barışıqdan söhbət gedə bilməz. Hələ münasibətlər kifayət qədər gərgindir. Ancaq barış mesajları verilir. Həm Türkiyə, həm də Rusiya münasibətlərin bərpasında maraqlıdır. Əlbəttə ki, bır sıra məqamlar buna şərait yaratmalıdır. Məsələn, Suriyadan Rusiya qoşunlarının çəkilməsi Türkiyə üçün hər halda müsbət məqamdır. Hesab edirəm ki, elə buna görə Ərdoğan çıxışında belə bir fikir səsləndirdi. Bundan sonra da müəyyən amillər öz təsirini göstərəcək. Gec-tez bu münasibətlər bərpa olunacaq.

Amma mən düşünmürəm ki, yaxın gələcəkdə münasibətlər yaxşılaşacaq. Bu haqda danışmaq hələ ki, tezdir. Çünki onların münasibətləri heç vaxt müttəfiq səviyyəsində olmayıb. Sadəcə olaraq, müəyyən mərhələdə partnyorluq münasibətləri bərpa oluna bilər. Bunun üçün də hər iki dövlətin qarşı müəyyən müsbət addımı olmalıdır”. Politoloq deyib ki, Rusiyanın Palmira şəhərinin bərpası niyyəti ilə yenidən Suriyaya girməsi Türkiyəni qıcıqlandrmayacaq. Qeyd edək ki, Bəşər Əsəd BMT-yə müraciət edərək tarixi şəhərin bərpasına kömək göstərməyi xahiş edib.

Politoloq qeyd edib ki, Rusiyanın humanitar niyyəti müsbətdir:

“Tarixi abidələri bərpa etmək məsələsində bütün ölkələr iştirak edə bilər. Rusiya belə bir təşəbbüs göstəribsə daha yaxşı. Burada mütəxəssislərin köməyi ilə bərpa işləri aparılmalıdır. Bu nə raketlərlə, nə də ki, təyyarələrlə bərpa olunmur. Hesab etmirəm ki, burada hansısa narazılıq olunsun. Və düşünürəm ki, hər hansı bir dövlət istəsə, bu prosesdə iştirak edə bilər”.

– See more at: http://cebhe.info/oxu/17208/#sthash.31ZqGWkk.VsyCbYcO.dpuf

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev: “Putinin bu təklifini alqışlayırıq”

Next Post

Türkmənistan prezidentinin bəyanatı təkzib edildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkmənistan prezidentinin bəyanatı təkzib edildi

GAMAC təşkilatının Cəbhədə 12 əsgərimizin şəhid olmasıyla bağlı mesajı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.