Meksikada həbsxanada baş verən davada 3 məhbus həyatını itirib.
Elchi.az xəbər verir ki, Milli medianın məlumatına görə, Mexiko şəhərinin şərqindəki Santa Martha Acatitla həbsxanasında məhbuslar arasında dava düşüb.
Vətəndaş Təhlükəsizliyi Katibliyindən verilən açıqlamada ,məhbuslar arasında baş verən davada şiddətli zərbələr nəticəsində 3 nəfərin həlak olduğu bildirilib.
Paytaxt Mexiko şəhərinin Vətəndaş Təhlükəsizliyi Katibi Ömər Qarsia Harfux Tvitter hesabında etdiyi paylaşımda həbsxana müdiri və təhlükəsizlik üzrə müdir müavininin davadan sonra səhlənkarlıqları səbəbilə işdən çıxarıldıqlarını açıqlayıb.
Məhkumları qətlə yetirən 5 nəfərin olduğu və onların qəsdən adam öldürmə, oğurluq və adam oğurluğu cinayətləri ilə bağlı cinayətləri olduğu paylaşılıb.
Nuranə Məmmədova





