Meksika körfəzində dövlət neft şirkəti PEMEX-ə məxsus neft platformasında partlayış baş verib.
Elchi.az İHA-ya istinadən xəbər verir ki, Meksikanın Campeche əyalətinin sahillərindən 80 kilometr aralıda, Meksika körfəzində yerləşən Meksikanın dövlət neft şirkəti “PEMEX”-ə məxsus “Nohoch Alfa” neft platformasında saat 05:17-də partlayış baş verib.
Partlayışdan sonra böyük yanğın baş verdiyi üçün səmanı tüstü bürüdü. Hadisə yerində 6 nəfər yaralanarkən, alovlara müdaxilə etmək üçün 4 yanğınsöndürən gəmi göndərilib. Platformada olan 321 işçi qayıqlarla təxliyə edilib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında bildirib ki, hadisə nəticəsində 3 və ya 4 işçi itkin düşüb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.
Nuranə Məmmədova




