Meksikanın Çihuahua əyalətində başlayan meşə yanğınları 7 min 451 hektar sahədə təsirli olub. Yanğınlar azalsa da, tam nəzarət altına almaq mümkün olmayıb. Ölkədə son istilər nəticəsində 37 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Milli Meşə Komissiyası (Conafor) 9 fərqli nöqtədə meşə yanğınlarının başladığını və yanğınları söndürmək üçün 288 məmurun dayanmadan çalışdığını açıqlayıb.
Conafor, alovların 7 min 451 hektar sahədə təsirli olduğunu və bu günə qədər aparılan işlər ilə bəzi bölgələrdə yanğının yarıya qədər azaldığını ifadə edib.
Şayəstə Hüseynova





