Gürcü Arzusu Partiyasından Tiflis meri vəzifəsinə namizəd Kaxa Kaladze və rəqibi Vahid Milli Hərəkat Partiyasından olan namizəd Nika Meliya səsvermədə iştirakdan sonra əhaliyə öz vədlərini xatırladıblar.
Kaladze çıxışı zamanı əhalini seçkidə aktiv olmağa çağırıb.
“Sizin dəstəyiniz Tiflisin inkişafının dönülməz proses olması, bizim hamımızın birgə yaxşı işlər etməyimiz üçün çox vacibdir. Bizim uşaqlarımız xatirinə, ölkəmizin və şəhərimizin gələcəyi üçün…” – deyə o bildirib
Meliya isə seçkidə qalib gələcəyini və tezliklə, Tiflisin yeni koalision paytaxt hökuməti görəcəyini bildirib:
“Sabah bizim başqa Tiflis almağımız üçün böyük tarixi şansdır. Bu fərqliliklər və insan haqları standartlarının müdafiəsinə zəmanət olacaq. Mən koalision idarəçiliyin mövcud olan vacib planlarına səs verdim”.
Meliya həmçinin Tiflisdə seçkinin ikinci turunda aktivliyin birinci turla müqayisədə çox olduğunu söyləyib:
“Tiflis oyanır və fərqlilik xeyrinə seçim edir”.
Qeyd edək ki, bu gün Gürcüstanın 5 şəhəri və 15 rayonunda regional seçkinin II turu keçirilir.





