İtaliyanın baş naziri Giorgia Meloni Avropa İttifaqını Afrikadan İtaliyaya dəniz yolu ilə gələn qeyri-qanuni miqrant axınının qarşısını almağa kömək etməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Meloni qeyd etdiyi kimi, İtaliyanın “Avropaya qeyri-qanuni mühacirlərin olduğu qayıqların qarşısını alacaq” Aİ missiyasının köməyinə ehtiyacı var.
Agentliyin məlumatına görə, İtaliyanın baş naziri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni miqrantların gəlməsi ilə əlaqədar adada fövqəladə vəziyyəti yoxlamaq üçün İtaliyanın Lampeduza adasına səfərə dəvət edib.
Bundan əlavə, Meloni bu məsələnin oktyabrda Aİ Şurasının gündəliyinin müzakirəsinə daxil edilməsi xahişi ilə Avropa Şurasının rəhbəri Çarlz Mişelə müraciət edib.
Nuranə Məmmədova





