İtaliyanın baş naziri Giorgia Meloni Ukraynadan taxıl ixracının həyati əhəmiyyət daşıdığını bəyan edərək, taxıl sazişinin davam etdirilməsi üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəklədiklərini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Meloni İndoneziyanın Bali şəhərində keçirilən G20 Liderlər Sammitinin qida, enerji və təhlükəsizlik sessiyasında çıxış edib.
“İndoneziya G20-yə sədrlik edəndə Rusiyanın Ukraynanı işğal edəcəyini və bunun iqtisadiyyatımıza və dünya nizamına dağıdıcı təsir göstərəcəyini proqnozlaşdırmaq mümkün deyildi”, – Baş nazir Meloni bildirib.
Meloni qeyd edib ki, enerji böhranı həm də möhtəkirlərin daha az təsirə malik olduğu və təchizatçı ölkələrin enerjidən digər ölkələrə qarşı silah kimi istifadə etmə ehtimalının daha az olduğu dünyanı daha dayanıqlı etmək üçün balanslaşdırılmış bazar qurmaq fürsəti də təklif edə bilər.
Meloni Ukraynadakı taxılın dünya bazarlarına çıxmasına imkan verən taxıl müqaviləsinə də toxunaraq, “Ukraynadan taxıl ixracı həyati əhəmiyyət kəsb edir. İtaliya da beynəlxalq ictimaiyyətin buğdanın Boğazdan keçməsinə davam etmək səylərini dəstəkləyir”.
İtaliyanın Baş naziri həmçinin G20-yə əhəmiyyət verdikləri üçün bu gün burada olduqlarını və bu forumun qlobal məsələlərdə oynadığı rolun əhəmiyyətindən xəbərdar olduqlarını bildirdi.
Şayəstə




