İtaliyanın baş naziri Giorgia Meloni, Rusiyanın Qara dəniz taxıl sazişindən çıxması ilə bağlı, “Dünyanı qidalandıran xammaldan silah kimi istifadə etmək insanlığa qarşı başqa bir cinayətdir” dedi.
Elchi.az xəbər verir ki, baş nazir Meloni yazılı açıqlamasında Rusiyanın “taxıl dəhlizi razılaşmasının əslində sona çatdığını” açıqlamasına reaksiya verib.
Meloni açıqlamasında, “Rusiyanın taxıl müqaviləsini dayandırması daha kasıb ölkələr üçün kimin dost, kimin düşmən olduğunun daha bir sübutudur. Hücuma məruz qalanla hücum edəni ayırd etmək istəməyən xalqların liderləri düşünsünlər. Dünyanı qidalandıran xammaldan silah kimi istifadə etmək insanlığa qarşı növbəti cinayətdir”. açıqlamalar verib.
Şayəstə Hüseynova




