Almaniyanın federal kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sülh yolu ilə tənzimlənməsi və bu zaman Minsk sazişinə riayət edilməsi barədə razılığa gəliblər.Türkiyə mediasının xəbərinə görə, bu barədə liderlərin arasında baş tutan telefon danışığından sonra anlaşma əldə edilib. Telefon dialoqu Almaniya kanslerinin təşəbbüsü ilə baş tutub.
Məlumatda o da bildirilir ki, tərəflər arasında atəşkəs rejiminə riayət edilməsi, Ukraynanın cənub-şərq vilayətlərinin iqtisadiyyatının bərpası məsələləri də müzakir edilib.
Kremldən bildiriblər ki, birgə səyləri “Normand formatı” çərçivəsində inkişaf etdirməyə dair razılıq əldə olunub.
“Röyters”in məlumatına görə, yanvarın 15-də Astana şəhərində “Normand formatı” çərçivəsində Ukraynadakı münaqişənin həlli yollarının müzakirə ediləcəyi toplantı baş tutmayacaq.
Gülnar



