Avropa Birliyi hazırkı zamanda Rusiya üzərindən sanksiyaların götürülməsi məsələsinə baxmamalıdır.
Bunu Almaniya mətbuatına açıqlamasında kansler Angela Merkel söyləyib. Onun sözlərinə görə, Rusiya hazırkı zamanda Minks müqaviləsinin şərtlərini tam yerinə yetirmir:
“Avropa gərək Minsk razılaşmasının şərtlərinin pozulmasına reaksiya versin. Biz Rusiya və Ukrayna ilə aktiv şəkildə çalışırıq ki, bütün çətinliklərə rəğmən, Minsk razılaşması tam yerinə yetirilsin”.




