Böyük Britaniyanın nüfuzlu “The Independent” qəzeti Ukrayna böhranının həll edilməsi barədə
Almaniya kansleri Merkellə Rusiya prezidenti Putinin gizli razılığa gəldiyi barədə məqalə dərc edib.
Aktual.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, Merkelin sülh planında nəzərdə tutulub ki, beynəlxalq ictimaiyyət Krımın Rusiya tərəfindən anneksiyasını qəbul edir, əvəzində isə Kreml Donbasdakı silahlılara hərbi yardımı dayandırır.
Razılaşmaya görə, bundan sonra Ukrayna prezidenti Poroşenko NATO-ya daxil olmaqdan imtina edir, Putin isə Ukrayna ilə Avropa Birliyinin ticarət münasibətlərinə qarışmır.
Razılaşmada Rusiyanın “Qazprom” şirkətinin, Ukrayna ilə əvvəlcədən razılaşdırılmış qiymətlərlə uzunmüddətli müqavilə bağlaması, həmçinin, Qara Dəninz Donanmasının Krımda yerləşdirilməsinin icarə haqqı kimi Rusiyanın Ukraynaya 1 milyard dollar kompensasiya ödəməsi nəzərdə tutulub.
Mənbə bildirib ki, gizli plan Malayziya təyyarəsinin vurulması araşdırılandan dərhal sonra həyata keçirilməyə başlanacaq.



