"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Messi və Mbappe 2023-cü ilin 100 ən nüfuzlu şəxsi arasına düşüb

13 Aprel 2023 - 22:51
in İDMAN

ABŞ-da nəşr olunan “Time” jurnalı 2023-cü ilin 100 ən nüfuzlu şəxsinin siyahısını tərtib edib.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Elchi.az-ın məlumatına görə, dərginin rəsmi saytında qaliblər “Rəssamlar”, “İkonalar”, “Pionerlər”, “Liderlər”, “Titanlar” və “İnnovatorlar” bölmələri üzrə təqdim olunublar.

Siyahıda tanınmış idmançılar da var. Fransanın PSJ klubunun argentinalı futbolçusu Lionel Messi və ABŞ-ın “Kanzas Siti” komandasının reqbiçisi Patrik Mahoums “Titanlar”, Paris təmsilçisinin digər üzvü Kilian Mbappe “İnnovatorlar”, ABŞ-dan olan dağ xizəkçisi Mikaela Şiffrin isə “Pionerlər” bölməsində yer alıblar.

Messinin ilin 100 ən nüfuzlu şəxsi arasına düşməsini şərh edən isveçrəli tennisçi Roje Federer bunu argentinalı hücumçunun sabit çıxışı ilə əlaqələndirib: “Burada Messinin qol vurması və çempionluq rekordlarını qeyd etməyə ehtiyac yoxdur. Məni 35 yaşlı forvarddan fərqləndirən onun uzun illər ərzində dəyişməz böyüklüyüdür. Buna nail olmaq, zirvədə qalmaq çox çətindir. Messi sehrbaz kimi driblinq edir, onun künc ötürmələri sənət əsəridir”.

Titullu idmançının sözlərinə görə, 36 yaşlı forvard həm dünyaca məşhur klubu, həm də çox ehtiraslı ölkəni təmsil edir: “Karyeram yenicə başa çatıb. İndi başa düşürəm ki, biz idmançılar nə qədər yük daşıyırıq. Ancaq gündəlik həyatımızda bunun fərqində deyilik. Messi kimi futbolçu üçün bu çəki bəlkə də daha əhəmiyyətli görünür. Argentinanın dünya çempionatında qələbəsi möhtəşəm idi. Bu hadisəni qeyd etmək üçün Buenos-Ayres küçələrinə çıxan milyonlarla azarkeş bütün dünya üçün heyrətamiz idman hadisəsi oldu. Futbolu izləməyənlər belə, dünyanın ən məşhur oyununun əsl təsirini dərk etdi”.

Federer uşaq vaxtı Dieqo Maradona və Qabriel Batistutanın ən sevdiyi argentinalı oyunçular olduğunu vurğulayıb: “Onların hər ikisi ilə tanış oldum. Mənə ilham verdilər. İndi Messi gələcək nəsilləri ruhlandıra bilər. Ümid edirəm ki, biz onun bənzərsiz yaradıcılığını və sənətkarlığını daha çox görəcəyik. Messi meydanda olanda çox göz qırpmayın. Yoxsa inanılmaz şeyləri qaçıra bilərsiniz”.

Mbappe ilə bağlı isə onun həmyerlisi, “Time” jurnalının Paris müxbiri Vivyen Uolt fikirlərini bölüşüb: “Fransa millisinin yeni kapitanı emosiyalarını gizlədən biri deyil. Dekabrda hamı onun Qətərdə üç qol vuraraq, dünya çempionluğunu əldən verməsini seyr etdi. Parisin dağlıq ərazilərində böyüyən Mbappe 19 yaşında DÇ-2018-in qalibi olaraq dünya şöhrəti qazandı. İnanılmaz məşhurluğa baxmayaraq, Mbappeni sadə qalmağa kömək edən üç həqiqət var: hörmət, təvazökarlıq və aydınlıq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransanın Moskvadakı səfirliyinə içərisində sümüklər olan bağlama göndərildi

Next Post

“Boeing” Ukrayna şirkətlərini maliyyə öhdəliklərindən azad edir

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
“Boeing” Ukrayna şirkətlərini maliyyə öhdəliklərindən azad edir

“Boeing” Ukrayna şirkətlərini maliyyə öhdəliklərindən azad edir

Quterreş Putinə qarşı yumşaq deyil – Düjarrik

Quterreş Putinə qarşı yumşaq deyil - Düjarrik

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.