Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən APOEL – “Barselona” qarşılaşması Lionel Messi üçün əlamətdar olub.

ANS PRESS-in məlumatına görə, qarşılaşmanın 38-ci dəqiqəsində fərqlənən argentinalı ulduz Çempionlar Liqasında ilkə imza atıb.
Belə ki, Lionel Messi “Real” Madridin əfsanəsi Raul Qonzalesin 71 qolluq rekordunu təzələyib. Messi bu gün fəqrlənməklə aktivindəki qolların sayını 72-ə çatdırıb.
Qarşılaşmada birinci qolu vuran “Barselona”nın uruqvaylı futbolçusu Luis Suares ilk dəfə yeni komandasında fərqlənib.



