“Facebook”, “İnstagram” və “WhatsApp”ın sahibi “Meta”nın minlərlə insanı işdən çıxaracağına dair xəbərlər yayılıb.
Elchi.az xəbər verir ki, mövzu ilə bağlı anonim mənbələrə əsaslanan “Washington Post”un xəbərinə görə, “Meta”nın minlərlə işçiyə təsir edə biləcək yenidən strukturlaşma və ixtisar prosesinə hazırlaşdığı qeyd edilib.
Xəbərdə “Meta”nın da bəzi layihələri bitirməyi düşündüyü diqqətə çatdırılıb və prosesin önümüzdəki aylarda şirkət daxilində geniş yayılacağı bildirilib.
Yeganə





