"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Metro keçidlərində təmir işləri başa çatır… – FOTOLAR

31 Mart 2015 - 17:38
in XƏBƏR LENTİ
Metro keçidlərində təmir işləri başa çatır, amma... - FOTOLAR

Bakı Metropoliteninin “Nəriman Nərimanov”, “Gənclik” və “İnşaatçılar” stansiyalarında gedən təmir və bərpa işləri tamamlanmaq üzrədir.
Ötən ilin son ayında bu stansiyaların keçidlərində başladılan təmir işləri sürətlə davam edir. Artıq metronun “Nəriman Nərimanov” stansiyasında təmir işləri yekunlaşıb. “Gənclik” və “İnşaatçılar” stansiyalarında isə təmir və bərpa işləri hələ davam edir.
Metro keçidlərində ticarət köşkləri yığışdırıldıqdan sonra divarlar və döşəmədəki daşlar yararsız vəziyyətə düşmüşdü. Ticarət köşkləri keçidlərin divarlarına bərkidildiyi üçün divar örtüyü yararsız halda idi. Buna görə də təmir işlərinə ehtiyac yarandı.
Təmir işləri ilk olaraq metronun “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarında başladı. Bir müddət sonra isə “İnşaatçılar” stansiyasının keçidlərində də divar və yer örtüyü yeniləri ilə əvəz edilməyə başlanıldı.
Təmir zamanı keçidlər, üst vestibüllərdə divar üzlükləri, döşəmə daşları dəyişdirilir. Elektrik naqilləri, yeni işıq lampaları quraşdırılır. Bir sözlə, keçidlərə yeni “nəfəs” verilir. Amma burada da gözdən qaçmayan problemlər var.
Təmir edilən metro keçidlərində yerə döşənən metlaxlar sürüşkəndir. Həmin metlaxların üzərində hərəkət edən zaman insanın ayaqları sürüşməyə başlayır. Qış aylarında islanacaq olan metlaxların üzərində hərəkət etmək çox çətin olacaq.
Bu təmir prosesi zamanı ortaya çıxan problemlər haqda musavat.com saytına şəhər sakinləri məlumat veriblər.
Məlumat əsasında təmir işləri tamamlanan və davam edən keçidlərə baş çəkdik. “Nəriman Nərimanov” stansiyasındakı təmir işləri bitmişdi. Yer örtüyünə diqqət yetirdiyimizdə sakinlərin sözlərinin həqiqət olduğunu anladıq.
Belə ki, yerə döşənmiş metlaxların üzəri sürüşkən idi. Hərəkət edərkən bu açıq-aşkar hiss edilirdi.
Metrodan istifadə edən bir neçə şəhər sakini ilə söhbətləşdik: “Qəşəng düzəldiblər. Xoşuma gəldi. Amma yer örtüyü sürüşkəndir. İndi havalar getdikcə düzələcək. Amma bunu sadəcə, yay ayı üçün təmir etməyiblər, axı… Qış aylarında ayaqqabıların altı yaş olur. Onda buradan necə keçəcəyik? Mən hər gün metro ilə işə gedib-gəlirəm. Çətin olacaq, deyəsən…”
Digər şəhər sakini Fazil Süleymanov deyir ki, təmir işlərini plansız həyata keçirirlər: “Yaxşı pul xərcləyirlər. Təmir edirlər. Yaraşığı, görkəmi də öz yerində… Amma plansız və səriştəsiz iş görüblər. Misal üçün yerə vurduqları tametlər metroya uyğun deyil. Çünki metrodan hər gün minlərlə adam istifadə edir. Bu da sürüşkən materialdır. Kimsə yıxılar, qolunu, qıçını əzə bilər. İşıqlandırma çox zəifdir. Hərdən xarici ölkələrin metro keçidlərinə də baxsalar, çox yaxşı olar. Bunun üçün oraya getmək, buna görə də, çoxlu pul xərcləmək lazım deyil. Sadəcə, internetdə baxsalar, kifayət edər”.
Reportajımız zamanı təmir işlərinə ən sonda başlanılan “İnşaatçılar” stansiyasında da olduq. Burada da təmir işləri davam edirdi. Keçidin bir hissəsi təmir edildiyi üçün digər keçidlərdə olduğu kimi, xüsusi örtüklə qapadılmışdı.
Metrodan istifadə edən sakinlərdən biri olan Xanım Musayevadan keçidlə bağlı fikirlərini öyrəndik: “İndi təmir getdiyi üçün hərəkət etmək bir az çətindir. Amma problem deyil. Çünki bizim üçün çalışırlar. Daha yaxşı keçidlərdən istifadə etməyimiz üçün işləyirlər. Əvvəl çox pis idi. Buradakı ticarət köşkləri ləğv edildikdən sonra divarların əsl üzü ortaya çıxmışdı. Təmir mütləq lazım idi. Yaxşı ki, Avropa Oyunları keçiriləcək. Onun sayəsində keçidlər də təmir edildi”.
Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.





















Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

MN: Azərbaycan tərəfi düşmən barədə hər cür məlumata malikdir

Next Post

“Cəmil Həsənli mitinqə Anarı aparsın!” – Seymur Baycan

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Cəmil Həsənli mitinqə Anarı aparsın!” - Seymur Baycan

Türkiyədə prokuror iş otağında girov götürülüb - YENİLƏNİB, FOTOLAR, CANLI YAYIM

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.