“Metro Park”a bomba qoyulması barədə yalan məlumat verən şəxs tutuldu

>

İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 “Zəng Mərkəzi”nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki “Metro Park” ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.

Bunu da oxuyun

DİN-nin mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728