Dünən axşam saatlarında metronun “20 yanvar” stansiyasında platformaya toplaşmış yüzlərlə narazı sərnişin 15
dəqiqə gecikən qatarın gəlməsini gözləyərkən indiki metropoliten rəhbərliyinə etiraz ediblər.
Moderator.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə hətta bəzi sərnişinlər Tağı Əhmədovun yenidən metrodakı işinə qaytarılması üçün prezident İlham Əliyevə müraciət edilməli olduğunu bildiriblər…
Deyəsən, doğrudan da belə getsə metrodan istifadə edən sərnişinlər günlərin bir günü Tağı Əhmədovun geri qaytarılması üçün kütləvi aksiya keçirəcəklər. Çünki son bir il ərzində bu nəqliyyat növündə yaşananlar işin peşəkarlara deyil, naşılara verildiyini iddia etmək üçün ciddi əsaslar verir. Ümid edirik ki, tezliklə bu nöqsanlar aradan qaldırılacaq və insanlar tez-tez “hardasan ay Tağı?” sualıyla qatar yolu gözləməyəcəklər…