
London metrosunun “Qrinviç” stansiyasında şübhəli paket tapılıb.
Elchi.az APA-ya istinadən xəbər verir ki, insidentlə əlaqədar sərnişinlər stansiyadan təxliyə ediliblər.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Stansiyaya giriş və çıxışlar bağlanıb.
Martın 22-də Londonda parlament binası yaxınlığında törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.
Elchi.az



