Bakının valyuta bazarında yaranan gərginliklə əlaqədar olaraq, paytaxtın bir sıra müəssisələrində çalışan işçi qüvvələrinin ixtisarına başlanıldığı bildirilir.
Aktual.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, üç gündür ki, Bakı Metropolitenində çalışan işçilərin ixtisarına başlanılıb.
Qeyd olunur ki, Metropolitenin 500 nəfərə yaxın işçisi öz işindən kənarlaşdırılıb. Səbəb isə ölkəmizin valyuta bazarında yaranan gərginlikləizah edilir. Məsələyə aydınlıq gətirən Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Aktual.az-a bildirib ki, məlumat həqiqətəuyğun deyil: “Əsası olmayan məlumatdır. Metropolitendə hal-hazırda ixtisar yoxdur”.



