Bu gün – İkinci Qarabağ müharibəsində döyüşlərin başa çatmasının ildönümü Azərbaycan xalqı üçün böyük bir bayramdır.
Bu sözləri Axar.az-a ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupundakı keçmiş amerikalı həmsədr Metyu Brayza deyib.
Azərbaycan xalqını təbrik edən diplomat tezliklə regionda sülhün həmişəlik bərqərar olacağını açıqlayıb:
“Nəticə Ermənistan üçün də yaxşı olacaq, çünki iki ölkə sülhü möhkəmləndirmək və regional iqtisadi əməkdaşlığı bərpa etmək üçün birgə çalışır”, – deyə Brayza bildirib.




