"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Meyvə və tərəvəzlərin vitamin dəyərini artıran önəmli məsləhətlər… – FOTOLAR

15 İyul 2015 - 15:46
in XƏBƏR LENTİ

Meyvə və tərəvəzlərin vitamin dəyərini artıran önəmli məsləhətlər… - FOTOLAR

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Meyvə və tərəvəzlərin tərkibindəki bəzi vitaminlər suda tez həll olur. Bu səbəbdən də həmin bitkiləri gur axan suyun altında uzun müddət yumaq olmaz.
Sürətli axan su, meyvələrdə və tərəvəzlərdə vitamin itkisinə səbəb olaraq, yeməklərin qida dəyərini düşürür.
Bundan əlavə, tərəvəzləri tam halda, doğramadan suya salıb, yumaq lazımdır. Doğrayıb, suya salındığında vitamin dəyəri azalır. Eyni şəkildə tərəvəzlər bişirilirkən qazana çox su əlavə edilməməlidir. Tərəvəzlər, az su ilə ya da buxarda bişirilməlidir.
Tərəvəzlər bişirilərkən soda əlavə edilmədən bişirilməlidir. Çünki, bişirmə əsnasında əlavə edilən soda tərəvəzlərə daha yaşıl rəng qazandırmaqla birlikdə vitamin itkisinə də səbəb olur.
Tərəvəzlər bişirilmədən dərhal öncə, mümkünsə əllə bölünməli və ya bıçaqla kəsilməlidir. Tərəvəzləri kiçik parçalar şəklində bölmək və ya kəsmək onun səthini artırır və nə qədər səthi çox olarsa, vitamin itkisi bir o qədər çox olur.
Meyvə və tərəvəzlər mümkün olduqca, qısa müddətdə və diriliyini qoruyacaq şəkildə bişirilməlidir. Çünki, B və C vitamini kimi vitaminlər istinin təsiri ilə asanca yox olurlar.
İspanaq, gül kələm, kələm, badımcan və balqabaq kimi tərəvəzlər ən çox 10 dəqiqə bişirilməlidir. Məsələn, paxlanı 20 dəqiqə bişirmək kifayətdir.
Meyvə və tərəvəzlər bişirilirkən qazanın qapağını qapalı saxlamaq lazımdır. Çünki, bu şəkildə buxar itməz və yeməyin bişmə müddəti qısalar.
Tərəvəzlərin, makaronun və paxlalı bitkilərin bişdiyi suyu atmayın. Həmin suyu şorbalara, yeməklərə və ya souslara əlavə etmək yeməklərin qida dəyərini artırır.
Yağlar uzun müddət yüksək temperatura məruz qaldıqda, insan səhhətinə zərərli maddələr əmələ gəlir. Ərzaqların yüksək temperaturda qızardılaraq, yeyilməsi sağlamlıq baxımından zərərlidir.
Bundan əlavə, həmin yeməklərdən çox istifadə etmək piylənməyə səbəb olur və ürək-damar xəstəliklərinə tutulma riskini artırır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azay Quliyev: “Onlar siyasi kurslarını dəyişməli və istefa verməlidirlər”

Next Post

“Atamla görüşmək istəyirəm” – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Atamla görüşmək istəyirəm" - FOTOLAR

Dilqəmin oğlu: Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib "Mən atamla görüşmək istəyirəm. Bu, mənim ən təbii haqqımdır". Bunu ANS PRESS-ə açıqlamasında Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu söyləyib. O bildirib ki, artıq iki ay əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib: "Müraciətimə baxmayaraq onlar hələ də mənim istəyimə konkret cavab verməyiblər. Hə, yaxşı deyirlər, ancaq hələ də bir nəticə əldə olunmayıb", - deyə o, əlavə edib. Atasını səhhəti ilə bağlı narahat olduğunu söyləyən Kürdoğlu lazım gələrsə atasının yanına gedə biləcəyini də söyləyib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova ANS PRESS-ə açıqlamasında bu məsələyə münasibət bildirib. O, söyləyib ki, BQXK girovların ailə üzvləri ilə yalnız məktub vasitəsi ilə əlaqə yaradır. Dilqəm Əsgərovun oğlu Kürdoğlu İ.Hüseynova digər komunikasiya vasitələrindən istifadə etmək üçün qarşılıqlı razılaşdırılmalı olduğunu diqqətə çatdırıb: "Bizə müraciət olunursa, o zaman qarşı tərəfə məlumatı çatdırırıq. Ancaq digər vasitələrlə ailə üzvlərinin əlaqəsini təşkil etmək yalnız razılaşdırılmış şəkildə olmalıdır", - deyə BQXK-nin rəsmisi söyləyib. Kəlbəcərdə öz doğma ata-baba torpaqlarına baş çəkən Dilqəm Əsgərov və Şahbaz Quliyev təxminən 1 il öncə girov götürülüb. Ötən il Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Ermənilərin qətlə yetirdiyi Həsən Həsənov Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da, Həsən Həsənov qətlə yetirilib. Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri qaytarılıb. Dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.