
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, MHP koalisiya şərtləri ilə razılaşacağı təqdirdə doqquz nazirliyin partiyaya verilməsini tələb edir.
Avropa.info xəbər verir ki, Ədalət və İnkişaf Partiyası (AKP) isə Ədliyyə və Daxili İşlər nazirliklərini müzakirəyə çıxarmamaqda israrlıdır.
“Sabah” qəzetinin xəbərinə görə, 7 iyun seçkilərindən sonra Ankarada koalisiya danışıqları qeyri-rəsmi olaraq başlamışdır.
AKP-də keçən həftədən bu yana davam edən müzakirələrdə kiminlə koalisiya qurulacağı qətiləşməyə başlayıb.
Mətbuatda yer alan xəbərlərə görə AKP qeyri-rəsmi olaraq MHP ilə müzakirələrə başlayıb. Bu çərçivədə AKP əvvəlcə MHP-nin neçə nazirlik və hansı nazirlikləri istədiyi barədə araşdırma aparır.
MHP-nin AKP-dən Ədliyyə, Daxili İşlər, Təhsil və Xarici İşlər nazirlikləri başda olmaqla 9 nazirlik istəyi bildirilir.
Amma AKP isə qırmızı kitab kimi bilinən milli təhlükəsizlik siyasəti sənədinə terror təşkilatı kimi girən “paralel dövlət”-lə mübarizəni davam etdirmək üçün ədliyyə və daxili işlər nazirliklərini əlində saxlamalıdır.
İrəli sürülən iddialara görə isə AKP MHP-yə parlamentin sədri, baş nazirin iki müavini və 3 icraçı nazirlik təklif edir.
AKP MHP ilə koalisiyada nəticə əldə edə bilməyəcəyi təqdirdə CHP ilə müzakirələrə başlayacağı bildirilir. İş dünyasının da tərəfdarı olduğu AKP-CHP koalisiyasında isə CHP-nin aldığı 25 % səsə baxmayaraq koalisiya şərtləri qismində önə sürdüyü tələblərin çox olması sözügedən koalisiya ehtimalını zəiflədir.
AKP HDP ilə koalisiya qurmağa isə müsbət baxmır.



