ABŞ-ın “Microsoft” proqram təminatı şirkətinin qurucusu Bill Qeyts qlobal sağlamlıq və inkişaf məsələləri sahəsində çalışan fondu təmsil edən danışıqlar aparmaq üçün Çinə səfər etdiyini bildirib.
Elchi.az xəbər verir ki, Qeyts şəxsi Tvitter hesabında 2019-cu ildən bəri ilk dəfə Pekinə gəldiyini açıqlayıb.
Səfərində Qeyts Fondunun 15 ildir əməkdaşlıq etdiyi Çindəki tərəfdaşları ilə görüşəcəyini bildirən Qeyts, Çinin malyariya dərmanlarının inkişafından tutmuş, iqlim dəyişikliyi ilə mübarizəyə qədər bir çox sahədə uğurlu təcrübəyə malik olduğunu bildirib. Qlobal iqlim dəyişikliyi, səhiyyə xidmətlərinə çıxış və ərzaq təhlükəsizliyi kimi problemləri həll etmək üçün texnoloji innovasiyalara ehtiyac olduğunu vurğulayan Geyts, dünyanın yoxsulluğun və uşaq ölümlərinin azaldılmasında əhəmiyyətli irəliləyişlər əldə etdiyini, lakin qlobal böhranların bu sahədəki uğurları inkar etdiyini vurğulayıb.
Afrika ölkələrinin yüksək ərzaq qiymətləri, borclar, vərəm və malyariya kimi artan xəstəliklər səbəbiylə xüsusilə həssas olduğuna diqqət çəkən Qeyts, Çin səfərindən sonra dayanacağının Qərbi Afrika olacağını söyləyib.
Nuranə Məmmədova





