
Xəbər verdiyimiz kimi, son günlər sosial şəbəkələrdə Qaradağ rayonunun Buta qəsəbəsində mərhum şair Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı müzakirələr aparılmaqdadır.
Bu gün sosial şəbəkədə Mikayıl Müşfiqə aid olduğu aid olduğu ehtimal edilən skeletin fotosu yayılıb.
Həmin fotodakı skeletin alnında 2 güllə yeri var.
Qeyd edək ki, ötən gün Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, məlumat Mədəniyyət Nazirliyinə daxil olduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla birgə araşdırmalar aparılacaq: “Qəbiristanlıqdakı qalıqların kimə aid olması dəqiqləşdikdən sonra bu məsələ barədə danışmaq olar. O vaxta qədər isə Mikayıl Müşfiqin qəbrinin harada olması ilə bağlı danışmaq tezdir. Ona görə də məsələyə həssas yanaşılmasını tövsiyə edirəm”.
mənbə: big.az




