
Millət vəkili Adil Əliyev Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun gənclərin gül çələnginin altından keçərkən çəkilmiş fotosuna münasibət bildirib.
A.Əliyev özünün”facebook” hesabında bunları yazıb.
“Əziz dostlar, araşdırmalarımdan sonra belə qənaətə gəldim ki, əgər mən və yaxud sizlərdən biriniz, rayonun icra başçısı olsaydıq, və bizə rayon gənclərinin belə bir təklifi gəlsəydi, yəqin ki, biz də o gənclərin təklifini qəbul edib, gül çələnginin altından keçməyə razılıq verərdik. Bu da o olardı ki, rayon gənclərinin gül bayramı ilə bağli verdiyi təklifin qəbulu. Əgər salyanlı gənclər gül bayramını özünə məxsus keçirirsə, qoy keçirtsin. Əksinə, burada sevinmək lazımdır ki, rayon icra başçısı gənclərlə bir yerdədir. Burada nə böyük bir faciə olub ki, sosial şəbəkələrdə bu qədər müzakirə aparılır.. Təbii, bu mənim öz fikrimdir, hesab edirəm, müzakirəyə çıxarılasi və məsxərəyə qoyulası o qədər icra başcısı var ki…”



